FHN-in xilasediciləri Türkiyədə axtarış-xilasetmə əməliyyatlarını davam etdirir - FOTO - VİDEO
![FHN-in xilasediciləri Türkiyədə axtarış-xilasetmə əməliyyatlarını davam etdirir - FOTO - VİDEO](/images/2023/02/16/20230216092927894/thumb.jpg?2023-02-16+09%3A37%3A14)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.
1news.az xəbər verir ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 53 nəfəri sağ, 729 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Axtarış-xilasetmə əməliyyatları xüsusi texniki vasitələr, habelə xilasetmə itlərinin tətbiq edilməsi ilə davam etdirilir.
Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.
![](/images/2023/02/16/20230216092927894/d_gallery/16d0922_1.jpg)
![](/images/2023/02/16/20230216092927894/d_gallery/16d0922_2.jpg)
![](/images/2023/02/16/20230216092927894/d_gallery/16d0922_4.jpg)
![](/images/2023/02/16/20230216092927894/d_gallery/16d0922_6.jpg)
![](/images/2023/02/16/20230216092927894/d_gallery/16d0922_7.jpg)