Azərbaycanlı iş adamı Türkiyədə zəlzələ qurbanlarına yardım etdi - FOTO

Qardaş ölkə Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım kampaniyasına qoşulan Azərbaycan şirkətlərinin və iş adamlarının sayı günbəgün artır.
1news.az xəbər verir ki, xeyriyyəçi iş adamı, “Alsu” şirkətlər qrupunun rəhbəri Quliyev Faiq Yunis oğlu da qardaş ölkə Türkiyə Respublikasında baş vermiş güclü zəlzələ ilə əlaqədar yardım edib.
Qeyd edək ki, bundan öncə də İkinci Qarabağ müharibəsi zamanı Quliyev Faiq Yunis oğlu, Quliyev Şamil Yunis oğlu, Quliyev Şahin və Quliyev Tural qardaşları Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna, imkansız şəxslərə və şəhid ailələrinə yardımlar ediblər. Bundan başqa Ağcabədi rayon Qaraxanlı kəndində şəhidlərin xatirəsinə park salınıb, abidə bulaq kompleksi inşa edilib.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə baş vermiş təbii fəlakət nəticəsində ölkənin 10 vilayətində böyük dağıntılar baş verib, minlərlə insan həyatını itirib və yaralanıb.