Şəhid pilotun doğum günündə “Şuşanın 270 anı” filmi nümayiş olundu - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəhid pilotun doğum günündə “Şuşanın 270 anı” filmi nümayiş olundu - FOTO

Qafar Ağayev17:04 - 17 / 02 / 2023
Şəhid pilotun doğum günündə “Şuşanın 270 anı” filmi nümayiş olundu - FOTO

II Qarabağ müharibəsinin “Dəmir qanadlı” qəhrəmanı, 216 nömrəli məktəbin adını daşıyan , şəhid pilot Ramiz Qasımovun 48 – ci doğum günü təhsil ocağında qeyd edilib.

1news.az xəbər verir ki, tədbirdə Xəzər rayon icra hakimiyyətinin başçısı Elşən Salahov, millət vəkili Rauf Əliyev, “Cəmiyyətin və Medianın İnkişafı” nın İctimai Birliyinin sədri, aparıcı Lalə Azərtaş, Xəzər rayon Yeni Azərbaycan Partiyasının sədri Namiq Əhmədov, rayonun rəhbər nümayəndələri, hərbi hissənin pilotları, şəhidin ailə üzvləri iştirak ediblər. Tədbirdən öncə foyedə şəhidin övladı Qasımlı Gülanənin rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar, sonra isə anım günü bədii hissə ilə davam edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanyıb, daha sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Şagirdlərin ifasında şeirlər, kompozisiyalar və rəqs nümunələri rayon rəhbərliyi, qonaqlar tərəfindən böyük rəğbətlə qarşılanıb. Sonda “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Şuşanı tanıyaq, tanıdaq!” layihəsi çərçivəsində ərsəyə gələn “Şuşanın 270 anı” filmi nümayiş olunub. Filmin qəhrəmanı Natavan adlı 35-36 yaşlarında xanımdır. Əslən Şuşalıdır, Fransada yaşayır. Fotoqrafdır. 1992-ci ildə Şuşanın işğalı ilə taleyi dəyişən 5 yaşlı Natavan öz Vətənində xeyli müddət məcburi köçkün olub, ailəsi şəhidlər verib. 20 yaşında ikən anasını itirib, xaricə köçüb. Filmdəki hadisələr xətti Vətən Müharibəsində Azərbaycan xalqının qazandığı Böyük Zəfərdən sonra cərəyan edir. Natavan ata-baba yurdunu ziyarətə gəlib. Qəhrəmanın niyyəti tarixə toxunmaq, gerçək Qarabağ mənzərələrini və Azərbaycan həqiqətlərini “Şuşanın 270 anı” adlı foto-sərgi vasitəsilə dünyaya çatdırmaqdır. Bundan başqa, filmdə real tarixi hadisə - görkəmli Azərbaycan şairəsi Xurşudbanu Natəvanla məşhur fransız yazıçısı Aleksandr Düma arasında baş tutan və xan qızının qələbəsi ilə başa çatan şahmat oyunu canlandırılıb.

Qeyd edək ki, Azərbaycan Ordusunun Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı olan Ramiz Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan və Talış ətrafında olan ərazilərin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və həmin ərazilərdə Ermənistan Ordusunun hərbi hədəflərinin məhv edilməsində fərqlənib. Ramiz Qasımov sentyabrın 27-də Ermənistan Ordusunun hərbi hədəflərini məhv edəndən sonra geri qayıdan zaman Tərtər rayonu istiqamətində onun və 2 nəfər heyət üzvünün olduğu Mi-8 helikopteri erməni tərəfinin hədəfi oldu. Ramiz Qasımov dərhal 2 nəfər heyət üzvünün tullanmağı əmr elədi. Özü isə surətlə hündürlüyünü itirən helikopteri Tərtər rayonunda yaşayış məntəqələrinin üzərinə düşməməsi üçün əlverişli yerdə endirməyə çalışdı. Nəticədə helikopter Tərtər rayonu ərazisində boş sahəyə düşür. Kifayət qədər vaxt itirdiyi üçün isə Ramiz Qasımov ağır yaralanır.Polkovnik-leytenant Ramiz Qasımov 25 gün komada qaldıqdan sonra oktyabrın 22-də şəhidlik zirvəsinə ucalır.Prezident, ali baş komandan İlham Əliyevin Sərəncamına əsasən Ramiz Qasımova ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

Paylaş:
722

Son xəbərlər

“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötürBu gün, 10:33Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:53
Bütün xəbərlər