Elmin inkişafında effektivlik - “Çıxışa doğru”da MÜZAKİRƏ

Müasir dövrün reallıqları ölkənin elmi potensialını öz çiyinlərində daşıyan alimlərin, tədqiqatçıların mühüm rolunu əvvəlkindən daha çox qabardır.
Məhz intellektual potensialın daşıyıcıları olan alimlər bilik iqtisadiyyatının formalaşması, ölkənin rəqabət qabiliyyətinin gücləndirilməsində xüsusi çəkiyə malikdir. Bu mənada ölkəmizin müxtəlif müəssisələrində çalışan alim-tədqiqatçıların üzərinə daha çox məsuliyyət düşür...
1news.az-ın məlumatına görə AzTV-nin “Çıxışa doğru” verilişində “Effektiv kommunikasiyanın elmin inkişafında rolu" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Nicat Məmmədli - elm və təhsil nazirinin müşaviri, Əfsun Sucayev - ETN-in aşqarlar kimyası institutunun icraçı direktoru, kimya elmləri doktoru, Elçin Süleymanov - təhsil üzrə ekspert, Elşən Qafarov - təhsil üzrə ekspert və Vüsal Kərimli - Qərbi Kaspi Universitetinin strateji inkişaf mərkəzinin müdiri, fəlsəfə doktoru, mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:


