Siyəzəndəki qəzada ölən və yaralanan şəxslərin kimliyi məlum olub - FOTO

Siyəzəndə baş verən ağır yol qəzası nəticəsində yaralanan 2 nəfər Bakıdakı xəstəxanalardan birinə köçürülüb.
1news.az "Report"a istinadən xəbər verir ki, İftixar Çingiz oğlu Hümbətovun və Səbinə Akif qızı Rəsulovanın vəziyyətləri ağır olduğuna görə onlar paytaxta xəstəxanaya göndəriliblər.
Digər 5 yaralının müalicəsi Siyəzən Regional Diaqnostika Mərkəzində davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
452