FHN tərəfindən Kahramanmaraşda daha 3 ünvanda növbəti çadır şəhərcikləri qurulub - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN tərəfindən Kahramanmaraşda daha 3 ünvanda növbəti çadır şəhərcikləri qurulub - FOTO - VİDEO

Qafar Ağayev13:14 - 18 / 02 / 2023
FHN tərəfindən Kahramanmaraşda daha 3 ünvanda növbəti çadır şəhərcikləri qurulub - FOTO - VİDEO

Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən qardaş ölkəyə göndərilmiş çadırların Nazirliyin qüvvələri tərəfindən qurulması prosesi həyata keçirilir.

Nazirlikdən 1news.az-a bildirilib ki, FHN-in qüvvələri tərəfindən Kahramanmaraş rayonunda yerləşən daha 3 müxtəlif ünvanda növbəti çadır şəhərcikləri salınıb. Çadırlarda yaşayan insanlar üçün lazımi şərait yaradılıb, o cümlədən mobil səhra mətbəxi qurularaq qida təminatı təşkil olunub.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Təbii fəlakət nəticəsində 39 672 nəfər həlak olub.

Paylaş:
528

Son xəbərlər

Bütün xəbərlər