Şəhid ailə üzvlərinin əmək pensiyalarının bir növdən digərinə keçirilməsi qaydası müəyyənləşib

Əmək pensiyalarının şəhid ailə üzvlərinə münasibətdə bir növdən digərinə keçirilmə ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılacaq.
1news.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı müvafiq qərar verib.
Qeyd edək ki, "Əmək pensiyaları haqqında" qanuna görə, Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir.
464