Sabah hava necə olacaq? - PROQNOZ | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah hava necə olacaq? - PROQNOZ

12:57 - 18 / 02 / 2023
Sabah hava necə olacaq? - PROQNOZ

Fevralın 19-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.

Arabir güclənən cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 2-5° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz, bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.

Paylaş:
934

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər