Bərdədə kişi tüstüdən boğularaq ölüb

Bərdə sakini yanğın zamanı tüstüdən boğularaq ölüb.
1news.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Bakı küçəsi, ev.3 ünvanında qeydə alınıb.
1986-cı il təvəllüdlü Əliyev Eyvaz Firqəm oğlu yaşadığı mənzilin ona aid otağında baş vermiş yanğın zamanı narkotik vasitənin təsiri altında tüstüdən boğularaq ölüb.
Araşdırma aparılır.
295