Bakıda fəhlə öldü | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda fəhlə öldü

14:50 - 21 / 02 / 2023
Bakıda fəhlə öldü

Bakıda fəhlə hündürlükdən yıxılaraq ölüb, cinayət işi başlanılıb.

Bu barədə 1news.az-a Binəqədi Rayon Prokurorluğundan məlumat verilib.

Qeyd olunub ki, fevralın 20-si saat 12 radələrində 1973-cü il təvəllüdlü Oktay Ələkbərovun Binəqədi rayonu ərazisində hündürlükdən yıxılaraq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı Oktay Ələkbərovun fəhlə kimi işlədiyi inşa edilməkdə olan hündürmərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılması və aldığı xəsarətdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

Paylaş:
349

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər