Ötən il Azərbaycanda 62 minə yaxın cütlük nikaha daxil olub
![Ötən il Azərbaycanda 62 minə yaxın cütlük nikaha daxil olub](/images/2023/02/21/20230221120014349/thumb.jpg?2023-02-21+12%3A04%3A30)
Ötən il ərzində ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 61 min 939 nikaha daxilolma və 15 min 983 boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə 2021-ci illə müqayisədə nikahların sayı 5,6-dan 6,1-ə qədər artıb, boşanmaların sayı isə 1,7-dən 1,6-ya düşüb.
1news.az Dövlət Statistika Komitəsinin məlumatına istinadla bildirir ki, nikah səviyyəsi Qarabağ (7,1), Mil-Muğan və Şərqi Zəngəzur (6,9), Dağlıq Şirvan (6,8), Bakı şəhəri, Mərkəzi Aran və Şirvan-Salyan (6,4), Şəki-Zaqatala (6,3), Qazax-Tovuz və Quba-Xaçmaz (6,2) iqtisadi rayonlarında ölkə göstəricilərindən yüksək olub.
Ötən il Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 2 min 869 nəfər gələn, ölkədən isə 1069 nəfər gedən qeydə alınıb, miqrasiya saldosu ölkə üzrə müsbət 1800 nəfər təşkil edib.