Aşağı Güzdək qəsəbəsində qanunsuz tikilən obyekt sökülüb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Aşağı Güzdək qəsəbəsində qanunsuz tikilən obyekt sökülüb - VİDEO

Qafar Ağayev12:17 - 21 / 02 / 2023
Aşağı Güzdək qəsəbəsində qanunsuz tikilən obyekt sökülüb - VİDEO

Abşeronda qanunsuz tikilən obyekt sökülüb.

Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində vətəndaş Səbzəliyev Araz Sifariz oğluna məxsus ərazidə müvafiq icazəverici sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyekt sökülüb.

Paylaş:
315

Son xəbərlər

Bütün xəbərlər