Bu tarixdə Seyfəli poliqonunda silahların utilizasiyası həyata keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu tarixdə Seyfəli poliqonunda silahların utilizasiyası həyata keçiriləcək

Qafar Ağayev12:23 - 21 / 02 / 2023
Bu tarixdə Seyfəli poliqonunda silahların utilizasiyası həyata keçiriləcək

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

1news.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, döyüş sursatlarının utilizasiya prosesi 25.02.2023-cü il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.

Bir daha əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsas olmadığını diqqətə çatdırırıq.

Paylaş:
399

Son xəbərlər

Bütün xəbərlər