“Azərbaycan Dəmir Yolları’’ QSC-də ADA Universitetinin tələbələrinə sertifikatlar təqdim olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərbaycan Dəmir Yolları’’ QSC-də ADA Universitetinin tələbələrinə sertifikatlar təqdim olunub

Qafar Ağayev09:30 - 22 / 02 / 2023
“Azərbaycan Dəmir Yolları’’ QSC-də ADA Universitetinin tələbələrinə sertifikatlar təqdim olunub

Bu gün ‘’Azərbaycan Dəmir Yolları’’ (ADY) QSC-nin inzibati binasında nəqliyyat və logistika sahəsi üzrə təcrübə proqramını uğurla başa vurmuş tələbələrlə görüş keçirilib.

1news.az xəbər verir ki, ADA Universitetinin biznesin idarə olunması, maliyyə və hüquq fakültələrində təhsil alan ümumilikdə 10 tələbə ADY-nin Transformasiya ofisində 5 aylıq təcrübə proqramında iştirak ediblər.

Qeyd edək ki, müvafiq təcrübə proqramı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və ADY-nin birgə təşəbbüsü ilə həyata keçirilib.

Tələbələr qlobal nəqliyyat şəbəkəsinin fəal tərəfdaşı olan ADY-nin həyata keçirdiyi layihələr, beynəlxalq dəhlizlərdə iştirak, yükdaşımaların təşkili, böyük verilənlər bazasının hazırlanması, nəqliyyat sahəsində qanunvericiliyin təhlili, audit işinin təşkili, rəqəmsal transformasiya və s. istiqamətlərdə praktiki bilik əldə ediblər.

Tələbələr adından çıxış edən Nərgiz Məmmədova bildirib ki, təcrübə proqramı çərçivəsində beynəlxalq dəhlizlərdə yükdaşımaların təşkili, dövlət investisiya proqramlarının icrası, dəmir yolu sahəsinin liberallaşdırılması və layihələrin idarə olunması üzrə əldə edilən zəngin təcrübə onların bilik və bacarıqlarını xeyli inkişaf etdirib.

Təcrübə proqramı müddətində qurumun fəaliyyətinə verdikləri töhfəyə görə gəncləri təqdir edən ADY rəhbərliyi onlara gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.

Görüşün sonunda tələbələrə sertifikatlar və xatirə hədiyyələri təqdim olunub.

Paylaş:
197

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər