Abşeronda evdən böyük məbləğdə pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Abşeronda evdən böyük məbləğdə pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanıldı

Qafar Ağayev10:51 - 22 / 02 / 2023
Abşeronda evdən böyük məbləğdə pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanıldı

Abşeron rayonunun Digah qəsəbəsindəki evlərin birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb və 2022-ci il sentyabr-oktyabr ayları ərzində həmin evdən 3.000 manat, 24.000 ABŞ dolları və 1000 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması məlum olub.

Keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini Nurlan Məmmədov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Paylaş:
228

Son xəbərlər

Bütün xəbərlər