Qaxda qar örtüyünün hündürlüyü 62 santimetrə çatıb - Faktiki hava
Ölkə ərazisində müşahidə edilən faktiki hava açıqlanıb.
1news.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin fevralın 23-nə olan məlumatına əsasən xəbər verir ki, Böyük Qafqazın bəzi ərazilərində arabir qar yağıb. Qax rayonunda intensiv olub.
Qar örtüyünün hündürlüyü Qaxda 62 sm, Ordubadda 24 sm, Şahdağda 8 sm, Lerikdə 7 sm, Xaltanda 4 sm, Qusar, Qubada 1 sm olub.
Düşən yağıntının miqdarı Qaxda 30.0 mm, Şahdağda 3.0 mm, Qubada 4.0 mm, Qəbələ, Zaqatala, Şəkidə 1.0 mm-dək olub.
Fevralın 22-də şimal-qərb küləyi arabir İsmayıllıda 26 m/s, Qobustan, Şamaxıda 22 m/s, Şəki, Qəbələdə 20 m/s, Oğuz, Kəlvəz, Qubada 19 m/s, Göyçay, Gədəbəy, Naftalan, Şabran, Qusarda 18 m/s, Qrız, Altıağac, Mingəçevir, Tərtərdə 16 m/s, Bakıda və Abşeron yarımadasında isə arabir 26 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.5 metrə çatıb.
Gün ərzində yağıntı ölkənin digər ərazilərini əhatə edəcək, axşam əksər rayonlarda sulu qar, dağlıq və dağətəyi rayonlarda intensiv qar yağacaq. 24-də axşama doğru yağıntı kəsəcək. 23-də və 24-ü gündüzədək şimal küləyi güclü olacaq