Xətaidə tikintisi başa çatmayan binada yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Xətaidə tikintisi başa çatmayan binada yanğın olub

Qafar Ağayev09:27 - 23 / 02 / 2023
Xətaidə tikintisi başa çatmayan binada yanğın olub

Bakı şəhərinin Xətai rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən 1news.az-a verilən məlumata görə, rayonda tikintisi başa çatmayan çoxmərtəbəli binanın 2-ci mərtəbəsində ümumi sahəsi 40 m² olan taxta konstruksiyalardan ibarət otaq (işçilərin geyinib-soyunması üçün istifadə olunur) 6 m² sahədə yanıb. Otağın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş:
421

Son xəbərlər

Bütün xəbərlər