Ermənistan Beynəlxalq Ədalət Məhkəməsində minalarla bağlı faktların heç birini təkzib edə bilməyib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənistan Beynəlxalq Ədalət Məhkəməsində minalarla bağlı faktların heç birini təkzib edə bilməyib

12:01 - 23 / 02 / 2023
Ermənistan Beynəlxalq Ədalət Məhkəməsində minalarla bağlı faktların heç birini təkzib edə bilməyib

Məhkəmə prosesi zamanı işğaldan azad edilmiş ərazilərimizdə Ermənistanda 2021-ci ildə istehsal edilmiş minaların aşkarlanması haqda bizim tərəfdən ortaya qoyulan faktların heç birini Ermənistan təkzib edə bilmədi.

1news.az APA-ya istinadla xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov İrqi Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi Haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işləri üzrə Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərarı ilə bağlı keçirilən brifinqdə deyib.

Nazir müavini qeyd edib ki, həmçinin bu minalar ancaq Laçın yolu vasitəsilə gətirilə bilərdi.

“Bu da onu göstərdi ki, son 2 ildə Ermənistan üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərini pozur”, - Elnur Məmmədov qeyd edib.

Paylaş:
443

Son xəbərlər

Bütün xəbərlər