Onlayn satış platformalarına məhdudiyyət qoyulacaq? - Dövlət Xidmətindən AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Onlayn satış platformalarına məhdudiyyət qoyulacaq? - Dövlət Xidmətindən AÇIQLAMA

Qafar Ağayev14:22 - 24 / 02 / 2023
Onlayn satış platformalarına məhdudiyyət qoyulacaq? - Dövlət Xidmətindən AÇIQLAMA

Onlayn satış platformaları ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.

1news.az Dövlət Xidmətinin yaydığı məlumatı təqdim edir:

"Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə müzakirə edilən onlayn satış platformalarına məhdudiyyətlərin tətbiq olunacağı ilə bağlı yayılan fikirlər həqiqətəuyğun deyil.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən yerli və xarici rəqəmsal satış platformalarının ölkəmizdəki fəaliyyətini məhdudlaşdıran hər hansı tənzimləmə tədbiri nəzərdə tutulmur.

Vətəndaşlar yerli və xarici mənşəli onlayn satış platformalarının xidmətlərindən mövcud qanunvericiliyin tələbləri çərçivəsində sərbəst şəkildə istifadə edirlər".

Xatırladaq ki, ötən gün Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin əməkdaşı tədbirdə “Trendyol” satış şəbəkəsindən vətəndaşlarımızın istifadəsinin haqsız rəqabətə yol açması ilə bağlı fikirlər səsləndirib.

Paylaş:
423

Son xəbərlər

Bütün xəbərlər