Bakıda qadına qarşı zorakılıq edən şəxslər saxlanıldı - VİDEO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda qadına qarşı zorakılıq edən şəxslər saxlanıldı - VİDEO - YENİLƏNİB

Qafar Ağayev16:14 - 24 / 02 / 2023
Bakıda qadına qarşı zorakılıq edən şəxslər saxlanıldı - VİDEO - YENİLƏNİB

Bakının Binəqədi rayonunda qadına qarşı zorakılıq edən şəxslər saxlanıldı.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Araşdırmalar davam etdirilir.

Xatırldaq ki, sosial şəbəkələrdə qadının zorla maşına mindirilməsi ilə bağlı görüntülər yayılmışdı.

***

15:30

Daxili İşlər Nazirliyi Bakının Binəqədi rayonunda qızın qaçırılması ilə bağlı yayılan videoya münasibət bildirib.

DİN-in mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov 1news.az-a bildirib ki, görüntülər araşdırılıb.

Orada əks olunan şəxslər bir ailənin üzvləridir. Xanımı boşanma fikirindən daşındırmaq üçün rəsmi nikahda olduğu əri, xanımın atası və qayınanası onu məcbur edərək rayona aparmağa çalışıblar.

Xanım hazırda polis orqanındadır, təhlükəsizliyi təmin edilib.

Polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir.

Xatırladaq ki, "unikal.az" saytında yayılan görüntülərdə qadının zorla bir neçə nəfər tərəfindən qaçırıldığı əks olunub.

Bakıda qızın qaçırılması görüntüləri yayıldı - VİDEO

Paylaş:
946

Son xəbərlər

Bütün xəbərlər