Tanklardan müxtəlif çalışmalar yerinə yetirilib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Tanklardan müxtəlif çalışmalar yerinə yetirilib - VİDEO

Qafar Ağayev10:06 - 24 / 02 / 2023
Tanklardan müxtəlif çalışmalar yerinə yetirilib - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün döyüş hazırlığı planına əsasən ümumqoşun poliqonunda Azərbaycan Ordusunun tank heyətləri ilə sürücülük və atəş hazırlığı üzrə müxtəlif çalışmalar yerinə yetirilib.

1news.az xəbər verir ki, tank heyətləri ərazidə təbii və süni maneələri dəf edərək döyüş maşınlarının idarə olunması, şərti düşmən hədəflərinin yerindən və hərəkətdə məhv edilməsi üzrə tapşırıqları uğurla icra ediblər.
Məşğələlərdə əsas diqqət hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də döyüş vərdişlərinin təkmilləşdirilməsidir.

Paylaş:
400

Son xəbərlər

Bütün xəbərlər