Azərbaycan XİN Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan XİN Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib

Qafar Ağayev10:51 - 26 / 02 / 2023
Azərbaycan XİN Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib

Azərbaycan Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsində Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edilib.

1news.az xəbər verir ki, paylaşımda deyilir:

"Ermənistanın təcavüzü zamanı Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş ən ağır cinayətlərdən biri olan Xocalı soyqırımının 31-ci ildönümündə həlak olanların xatirəsini dərin hüznlə yad edirik. Cinayətkarların cəzasızlığına son qoyulması və regionda davamlı sülhün bərqərar olması üçün ədalət zəfər çalmalıdır", - deyə paylaşımda bildirilir.

Paylaş:
513

Son xəbərlər

Bütün xəbərlər