OMDIA-nın hesabatına görə TCL şirkəti dünyanın televizor brendləri arasında ikinci yerə layiq görülüb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

OMDIA-nın hesabatına görə TCL şirkəti dünyanın televizor brendləri arasında ikinci yerə layiq görülüb - FOTO

10:30 - 28 / 02 / 2023
OMDIA-nın hesabatına görə TCL şirkəti dünyanın televizor brendləri arasında ikinci yerə layiq görülüb - FOTO

23 fevral 2023-cü il - Televizor sənayesində dünya bazarının aparıcı oyunçularından olan TCL şirkəti OMDIA-nın 2022-ci il üzrə hesabatına görə dünyanın televizor brendləri arasında ikinci yerə layiq görülüb.

Premium keyfiyyətli televizorlar təqdim edən TCL şirkəti 2023-cü ildə də “Mini LED” və QLED televizorları sahəsində öz liderliyini sübut etməkdə davam edir.

Ən son məlumatlara görə, son il ərzində TCL şirkətinin böyük diaqonallı televizor satışından gəlirləri əhəmiyyətli dərəcədə artıb. Belə ki, şirkət 98 düymlük televizorların satışı üzrə dünya liderliyini əlində saxlamaqda davam edir.

Mini işıq-diodlu televizorların satışı üzrə pionerlərdən olan TCL şirkəti 2023-cü ildə özünün ən son displey və intellektual innovasiyalarını CES 2023 sərgisində nümayiş etdirməyə başlayıb. Şirkət həmçinin TCL Mini LED 4K C935 və C835 televizorlarına görə iki “CES® 2023 Innovation Awards” mükafatına layiq görülüb.

Şirkətin istehsal etdiyi yeni Mini LED TCL seriyası artıq bu il satışa çıxarılacaq. Bu televizorların XL ekran ölçüləri böyük sayda mini işıq-diodlardan istifadə etməyə imkan verir. Minlərlə lokal tutqun zonada istifadə edilən bu işıq-diodlar təsvirlərin yüksək kontrastlığını və möhtəşəm təsvir parlaqlığını təmin edir.

TCL televizorlarının yüksək detallaşdırma və işığın yüksək keyfiyyətli idarəetmə imkanları sayəsində gün işığı və ya zülmət mağara kimi çox parlaq və tünd təsvirlərdə hər bir detalı asanlıqla ayırd edə biləcəksiniz.

Çoxdandır gözlənilən “TCL Mini LED” və QLED 2023 televizor seriyaları tezliklə Azərbaycanda satışda!

Yeniliklərdən tez xəbər tutmaq üçün bizi sosial şəbəkələrdə izləyin:

Instragram @tclazerbaijan

Facebook TCL TV Azerbaijan.

Reklam hüququnda

Paylaş:
937

Son xəbərlər

Bütün xəbərlər