Nazir: “Müəllimlərin əməkhaqqının 1000 manatdan yuxarı olacağını gözləyirik”
Müəllimlərin orta aylıq əməkhaqqı son 10 ildə məbləği 3 dəfə artıb.
1news.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün brifinqdə deyib.
Dövlət başçısının sonuncu sərəncamına əsasən sonuncu əməkhaqql artımı ilə müəllimlərin orta aylıq əmək haqqı 790 manata çatıb:
"Müəllimlərin orta aylıq əməkhaqqının 2-3 ildən son ildən sonra 1000 manatdan yuxarı olacağını gözləyirik. Hazırda 4 müəllimdən birinin maaşı 1000 manatdan artıqdır".
Xatırladaq ki, Prezident İlham Əliyev dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbərlərinin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında Sərəncam imzalayıb.