Energetika naziri Şəmkirdə vətəndaşları qəbul edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Energetika naziri Şəmkirdə vətəndaşları qəbul edəcək

16:56 - 27 / 02 / 2023
Energetika naziri Şəmkirdə vətəndaşları qəbul edəcək

Energetika naziri Pərviz Şahbazov martın 3-də Şəmkir, Gədəbəy, Tovuz, Qazax və Ağstafa rayonlarından olan vətəndaşları qəbul edəcək.

Bu barədə 1news.az Energetika Nazirliyinə istinadən xəbər verir.

Qəbul saat 12:00-dan etibarən Şəmkir rayon Gənclər Mərkəzində (ünvan: Şəmkir şəhəri, Bayraq Meydanı) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs Azər Rzayev), [email protected] elektron poçt ünvanı, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Tovuz filialı (əlaqələndirici şəxs Səbuhi Mürsəlov, əlaqə telefonu: (050) 287-21-21, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər. Vətəndaşlar Nazirliyin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbula yazıla bilərlər.

Paylaş:
508

Son xəbərlər

Bütün xəbərlər