Qarın kənd təsərrüfatına təsiri - “Çıxışa doğru”da MÜZAKİRƏ | 1news.az | Xəbərlər
Cəmiyyət

Qarın kənd təsərrüfatına təsiri - “Çıxışa doğru”da MÜZAKİRƏ

09:00 - 28 / 02 / 2023
Qarın kənd təsərrüfatına təsiri - “Çıxışa doğru”da MÜZAKİRƏ

Son günlər soyuq havalardan sonra gün özünü azacıq göstərsə də, xüsusən gecələr şaxtalar müşahidə olunur. Ekspertlər şaxtaların kənd təsərrüfatına müsbət təsir etdiyini bildirir. Qarın yağması, iqlimin fəsilə uyğun davam etməsi çox mühüm məsələdir. Bu, həm orqanizmdəki proseslərin düzgün getməsi baxımından, həm də epidemioloji baxımdan vacibdir.

1news.az-ın məlumatına görə AzTV-nin “Çıxışa doğru” verilişində "Yağıntıların kənd təsərrüfatına təsiri" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Rafiq Verdiyev - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini, İmran Cümşüdov - Kənd Təsərrüfatı Nazirliyinin bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri, Həsən Nəbiyev - AMEA-nın Coğrafiya İnstitutunun iqlim və aqroiqlimşünaslıq şöbəsinin aparıcı elmi işçisi, dosent və Rövşən Abbasov - Xəzər Universitetinin professoru, su problemləri üzrə ekspert, mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Paylaş:
276

Son xəbərlər

Bütün xəbərlər