Jurnalist Ellada Mustafayeva vəfat edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Jurnalist Ellada Mustafayeva vəfat edib

09:13 - 28 / 02 / 2023
Jurnalist Ellada Mustafayeva vəfat edib

Jurnalist, media üzrə tanınmış mütəxəssis Ellada Mustafayeva vəfat edib.

1news.az xəbər verir ki, E.Mustafayeva bu gecə 34 yaşında uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, o, uzun illər Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində müəllim işləyib. Son illərdə isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində olan Elektron Təhlükəsizlik Xidmətində çalışıb.

Allah rəhmət eləsin!

Paylaş:
1312

Son xəbərlər

Bütün xəbərlər