Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə yeni rəis təyin olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə yeni rəis təyin olunub

Qafar Ağayev17:52 - 01 / 03 / 2023
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə yeni rəis təyin olunub

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Səbinə Hacıyeva Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə yeni rəis təyin olunub.

1news.az xəbər verir ki, Səbinə Hacıyeva Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru və memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının müdiri olub. Beynəlxalq Memarlıq Akademiyasının Moskva bölməsinin müxbir üzvüdür.

1994-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) bitirib.

JICA-Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən Tokio şəhərində təşkil edilmiş “Yaşayış tikintisinin siyasəti” kursunda, Beynəlxalq Təhsil üzrə Amerika Şurası tərəfindən təşkil edilmiş RSEP proqramında iştirak edib və Mayami Universitetində stajartırma keçib.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində fəaliyyət göstərən “Abidələrin bərpası və mühafizəsi” elmi-tədqiqat laboratoriyasında müxtəlif vəzifələrdə çalışıb. Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin üzvüdür. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Tərəqqi” medalı və “Əməkdar memar” fəxri adı ilə təltif olunub.

Paylaş:
548

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər