Milli Məclisdə Qərbi Azərbaycanla bağlı ictimai dinləmə keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Milli Məclisdə Qərbi Azərbaycanla bağlı ictimai dinləmə keçiriləcək

Qafar Ağayev12:39 - 01 / 03 / 2023
Milli Məclisdə Qərbi Azərbaycanla bağlı ictimai dinləmə keçiriləcək

Martın 3-də parlamentdə Milli Məclisin İnsan hüquqları komitəsinin təşkilatçılığı ilə “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda ictimai dinləmə keçiriləcək.

1news.az xəbər verir ki, dinləmədə Milli Məclisin deputatları, alim və tədqiqatçılar, Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri iştirak edəcəklər.

Tədbirdə iştirakçılar soydaşlarımızın doğma ata-baba yurdlarına – Qərbi Azərbaycana dinc qayıdışı barədə öz fikirlərini bölüşəcək, təkliflərini verəcəklər.

Paylaş:
428

Son xəbərlər

Bütün xəbərlər