Ötən ay axtarışda olan 251 nəfər sərhəddə saxlanılıb - DSX
![Ötən ay axtarışda olan 251 nəfər sərhəddə saxlanılıb - DSX](/images/2023/03/02/20230302093731135/thumb.jpg?2023-03-02+09%3A39%3A22)
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2023-cü ilin fevral ayı ərzində cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Rеspublikası hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 251 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib.
Bu barədə 1news.az-a DSX-dən məlumat verilib.
Məlumatda bildirilib ki, ölkədən çıxışı qadağan olan 334 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 18 nəfərin Azərbaycan Respublikasına daxil olmasının qarşısı alınıb.
308