Hacı Şahinlə vida mərasimi Məşədi Dadaş Məscidində keçiriləcək - QMİ

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu gün səhər saatlarında dünyasını dəyişən tanınmış ilahiyyatçı, Məşədi Dadaş Məscidinin imamı Hacı Şahin Həsənlinin ölümü ilə bağlı açıqlama verib.
1news.az xəbər verir ki, açıqlamada bildirilir ki, Hacı Şahinlə vida mərasimi uzun müddət fəaliyyət göstərdiyi Məşədi Dadaş Məscidində keçiriləcək.
Qeyd edək ki, Hacı Şahin bu gün səhər saatlarında ürəktutmasından vəfat edib.
328