“iPad 9th gen” – hər şeyi etmək məharəti - FOTO

“Apple” brendinin doqquzuncu nəsil “iPad” planşetləri 2021-ci ildə bazara çıxdı. Bu planşetin üstün cəhətləri hansılardır və kim ona diqqət etməlidir?
Məqalədə bu barədə söhbət açmışıq.
İlk baxış və istifadə rahatlığı
“iPad 9th Gen”in dizaynını daha yeni modellərlə müqayisədə baza versiya adlandırmaq olar: planşetin aşağı panelində böyük düymə var, onun yanlarını isə geniş ekran çərçivələri bəzəyir.
10,2 düym diaqonala malik “Retina” displeyi ekrandakı rəngləri istifadəçinin ətrafındakı işıqlandırmaya uyğunlaşdıran “True Tone” texnologiyası ilə təchiz edilib. Planşetin böyük ekranı həm parlaq günəş işığında, həm də tam qaranlıqda komfortlu şəkildə filmlər izləməyə, videozənglər etməyə və layihələr üzərində işləməyə imkan verir.
Planşetin arxa hissəsində 8 meqapikselli genişbucaqlı kamera, ön tərəfində isə “Diqqət mərkəzində” funksiyalı 12 meqapikselli ultra genişbucaqlı ön kamera var. Bu funksiya videozənglər zamanı üzü yaxınlaşdırır və kameranı şəxs üzərində fokuslayır, bu isə hətta hərəkətdə olarkən də kadrda qalmağa kömək edir.
Daha sürətli, daha güclü, daha uzunmüddətli
Planşetin xarici ilə məlumatları aydınlaşdırdıq, indi isə keçək ən maraqlısına - içindəkilərinə. “iPad 9th Gen” “Neural Engine” maşın tədris sistemli “A13 Bionic” çipi üzərində qurulub. “A13 Bionic”in gücü cihaza “Adobe Fresco” və “Procreate” kimi tələbkar proqramlarla işlətməyə imkan verir, sürətli GPU isə “Genshin Impact” və “PUBG Mobile” kimi ekşn oyunlarında qüsursuz, ləngiməsiz təcrübə təqdim edir.
Proqramları və istifadəçi fayllarını saxlamaq üçün iPad 9th Gen 256 GB-a qədər həcmli böyük daxili yaddaşla təchiz edilmişdir. Əvvəlcədən quraşdırılmış iOS xidmətləri və proqramları sayəsində faktiki həcm bir qədər az olacaq.
Həcmli iPad 9-cu nəsil batareya bütün gün ərzində avtonom fəaliyyətə hesablanıb.
Daha faydalı xüsusiyyətlər
● Ekosistem. iPad 9th Gen sürətli məlumat mübadiləsi üçün digər “Apple” cihazlarınız və “iCloud” ilə sinxronizasiya edir.
● Təhlükəsizlik. Cihazın kilidi təhlükəsiz autentifikasiya və şəxsi məlumatların qorunması üçün “Touch ID” ilə açılır.
● İnklüzivlik. Əlilliyi olan insanlar üçün “iPad” cihazdan 100% rahat istifadə etməyə kömək edəcək funksiyalarla təchiz edilib.
● Ekolojilik. “Apple” şirkəti 2030-cu ilə qədər tamamilə təkrar emal edilə bilən və bərpa olunan enerjiyə keçməyi planlaşdırır.
● Aksesuarların inteqrasiyası. iPad 9th Gen 1-ci nəsil Apple Pencil , Smart Keyboard klaviaturasını və “AirPods”u dəstəkləyir.
Nəticə
“iPad 9 Gen” hələ uzun müddət keyfiyyətli texnika həvəskarlarını sevindirməkdə davam edəcək. Belə ki, istifadəçi münasib qiymətə güclü və sürətli prosessor, rahat displey və “Apple” ekosisteminə giriş əldə edəcək. Cihaz təkcə rəssamlar və hər yaşda olan mobil oyun həvəskarları üçün arzuolunan köməkçi olmayacaq, həm də çox səyahət edən və daim yolda olanlara etibarlı yol yoldaş olacaq.
12 mart 2023-cü il tarixinədək “iPad 9 Gen”i rəsmi resellerlərdən sərfəli şərtlərlə, 120 AZN-ə qənaət edərək, cəmi 749 AZN-dən başlayan qiymətlərlə əldə etmək olar: iSpace, Kontakt Home, Baku Electronics, Irshad, Bytelecom .
Reklam hüququnda