FHN: Ötən sutka ölkə ərazisində 28 yanğına çıxış olub, 6 nəfər xilas edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN: Ötən sutka ölkə ərazisində 28 yanğına çıxış olub, 6 nəfər xilas edilib

11:27 - 04 / 03 / 2023
FHN: Ötən sutka ölkə ərazisində 28 yanğına çıxış olub, 6 nəfər xilas edilib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən 1news.az-a verilən xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ölkə ərazisində 28 yanğına çıxış və 4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ölkə ərazisində 2-si azyaşlı olmaqla 6 nəfər xilas edilib.

Paylaş:
249

Son xəbərlər

Bütün xəbərlər