Azad edilən ərazilərdə daha 91 mina aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azad edilən ərazilərdə daha 91 mina aşkarlanıb

14:46 - 06 / 03 / 2023
Azad edilən ərazilərdə daha 91 mina aşkarlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə aylıq məlumatı açıqlayıb.

ANAMA-dan 1news.az-a bildirilib ki, fevralın 27-dən martın 4-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Laçın, Şuşa, Qubadlı, Cəbrayıl, və Zəngilanda 45 piyada əleyhinə mina, 46 tank əleyhinə mina və 355 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 818 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Paylaş:
236

Son xəbərlər

Bütün xəbərlər