Şəhid Eşqin Hüseynov Tovuzda dəfn olunub - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəhid Eşqin Hüseynov Tovuzda dəfn olunub - YENİLƏNİB

15:21 - 06 / 03 / 2023
Şəhid Eşqin Hüseynov Tovuzda dəfn olunub - YENİLƏNİB

Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Eşqin Hüseynov dəfn olunub.

1news.az-ın "Report"a istinadən verdiyi məlumata görə, onun cənazəsi bu dəqiqələrdə Hunanlar kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, nümayəndələri və kənd sakinləri iştirak ediblər.

14:55
Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Eşqin Cəmil oğlunun nəşi doğulduğu Tovuz rayon Hunanlar kəndinə gətirilib.

1news.az-ın "Report"a istinadən verdiyi məlumata görə, onun nəşi ailəsinə təhvil verilib.

Hazırda ailəsinin yaşadığı evdə şəhidlə vida mərasimi keçirilir. Mərasimdə şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, nümayəndələri və kənd sakinləri iştirak edirlər.

Mərasim başa çatdıqdan sonra şəhidin cənazəsi Hunanlar kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Eşqin Hüseynov subay olub, ailədə onun bir qardaş və bir bacısı var.

Şəhidin qardaşı da hərbçidir və Naxçıvan Muxtar Respublikasında hərbi xidmətini davam etdirir.

Paylaş:
835

Son xəbərlər

Bütün xəbərlər