FHN Abşeronda qanunsuz tikintilərin qarşısını alıb - FOTO - VİDEO
![FHN Abşeronda qanunsuz tikintilərin qarşısını alıb - FOTO - VİDEO](/images/2023/03/06/20230306101420248/thumb.jpg?2023-03-06+10%3A17%3A58)
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Fövqəladə Hallar Nazirliyindən (FHN) 1news.az-a verilən məlumata görə, Abşeron rayonunun Masazır və Digah qəsəbələrində müvafiq icazəverici sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktları aşkar edilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyektlər sökülüb.
![](/images/2023/03/06/20230306101420248/d_gallery/fhn_060323_1 (1).jpg)
![](/images/2023/03/06/20230306101420248/d_gallery/fhn_060323_2.jpg)
![](/images/2023/03/06/20230306101420248/d_gallery/fhn_060323_3.jpg)
![](/images/2023/03/06/20230306101420248/d_gallery/fhn_060323_4.jpg)
![](/images/2023/03/06/20230306101420248/d_gallery/fhn_060323_5.jpg)
![](/images/2023/03/06/20230306101420248/d_gallery/fhn_060323_6.jpg)
![](/images/2023/03/06/20230306101420248/d_gallery/fhn_060323_7.jpg)