Şəhid Şəhriyar Əlibəyli II Şəhidlər xiyabanında dəfn edilir

Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 29 yaşlı baş leytenant Əlibəyli Şəhriyar Ramiz oğlu dəfn edilir.
1news.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, II Şəhidlər xiyabanına gətirilən şəhidin nəşi cənazə namazından sonra torpağa tapşırılacaq.
Tədbirdə şəhidin ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edir.
213