AZAL Bakıdan Qara dəniz sahilinə - Trabzon şəhərinə reyslər açır | 1news.az | Xəbərlər
Cəmiyyət

AZAL Bakıdan Qara dəniz sahilinə - Trabzon şəhərinə reyslər açır

13:58 - 07 / 03 / 2023
AZAL Bakıdan Qara dəniz sahilinə - Trabzon şəhərinə reyslər açır

AZAL QSC-nin tərkibinə daxil olan “Buta Airways” aviaşirkəti Bakıdan yeni marşrut açır. Mayın 4-dən etibarən aviaşirkət Bakı-Trabzon-Bakı istiqamətində uçuşlar həyata keçirəcək.

“Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, uçuşlar həftədə iki dəfə, cümə axşamı və bazar günlərinə planlaşdırılır.

Qara dəniz sahilində yerləşən Trabzon şəhəri zəngin mədəniyyəti və maraqlı tarixi ilə məşhurdur. Trabzonda çimərlik mövsümü maydan oktyabr ayınadək davam edir.

“Buta Airways”in bütün planlaşdırılmış reyslərinə aviabiletləri aviaşirkətin www.butaairways.az rəsmi internet saytından və ya mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.

Paylaş:
314

Son xəbərlər

Bütün xəbərlər