AZAL qadınları 8 Mart münasibətilə təbrik edib

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycanın Milli aviadaşıyıcısı (AZAL) xanım sərnişinləri üçün xüsusi bayram ab-havası hazırlayıb.
1news.az xəbər verir ki, bu gün Azərbaycan aviaşirkətlərinin reyslərində səyahət edən gözəl qadınların hər biri təyyarə göyərtəsində çiçəklə, eləcə də pilotların səmimi arzuları ilə təbrik edilib.
Lakin bayram əhval-ruhiyyəsi yalnız göydə yaradılmayıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda güllərlə bəzədilmiş qeydiyyat masaları da sərnişinlər üçün xüsusi bayram ab-havası yaratmışdır.
AZAL bütün xanımları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, onlara cansağlığı, xoşbəxtlik və "Azərbaycan Hava Yolları" ilə xoş səyahətlər arzulayır.



223