Sabah yağış, qar yağacağı gözlənilir - Proqnoz | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah yağış, qar yağacağı gözlənilir - Proqnoz

12:22 - 08 / 03 / 2023
Sabah yağış, qar yağacağı gözlənilir - Proqnoz

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Yarımadanın bəzi ərazilərində intensivləşəcəyi ehtimalı var.

Azərbaycanın rayonlarında martın 9-da ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimalı var.

Bəzi bölgələrdə gözlənilən yağışlar nəticəsində əksər çaylarda sululuğun artacağı gözlənilir.

Paylaş:
267

Son xəbərlər

Bütün xəbərlər