Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

17:00 - 10 / 03 / 2023
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 187 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 81, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 61, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 8 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 951 052, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 404 920, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 879 396, üç və daha çox doza vaksin vurduranların sayı 3 400 992, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 744 təşkil edir.

Paylaş:
556

Son xəbərlər

Bütün xəbərlər