Sabahın hava proqnozu | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabahın hava proqnozu

12:05 - 11 / 03 / 2023
Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında martın 12-də dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında sabah əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 20-25° isti, dağlarda gecə 1-6° isti, gündüz 9-14° isti olacaq.

Paylaş:
717

Son xəbərlər

Bütün xəbərlər