Perspektivli və zamana tabe olmayan dizayn nümunəsi: “Bang & Olufsen” yeni nəsil “Beosound A9” və “Beosound 2” ev üçün səs sistemlərini təqdim edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Perspektivli və zamana tabe olmayan dizayn nümunəsi: “Bang & Olufsen” yeni nəsil “Beosound A9” və “Beosound 2” ev üçün səs sistemlərini təqdim edir

10:30 - 27 / 03 / 2023
Perspektivli və zamana tabe olmayan dizayn nümunəsi: “Bang & Olufsen” yeni nəsil “Beosound A9” və “Beosound 2” ev üçün səs sistemlərini təqdim edir

“Bang & Olufsen” şirkəti böyük məmnunluq hissi ilə yeni nəsil “Beosound A9” və “Beosound 2” səs sistemlərini təqdim edir.

Bu iki səs sistemi təkcə yeni “qara antrasit”, “qızılı” və “təbii” rəng çalarında deyil, həm də “Bang & Olufsen” brendinin tanınmış “Mozart” proqram platforması silsiləsində təqdim olunur.

"Bu gün bizim ev üçün ən populyar və perspektivli səs dinamiklərimizin təqdimatını keçiririk. Zamana tabe olmayan dizayn təkcə uzun müddət xidmət edəcək məhsulların deyil, həmçinin məhsul sahiblərinin onilliklər boyu heyranlıq və qürur duyacağı dizaynın yaradılması deməkdir”, - "Bang & Olufsen" şirkətinin Marketinq üzrə vitse-prezidenti Maykl Henriksson qeyd edib.

“Bang & Olufsen” brendinin “Mozart” platfomasının ürəyi uzun illər ərzində proqram təminatını və funksiyaları yeniləmək üçün kifayət edəcək səmərəliliyə malik dəyişdirilə bilən moduldur. Əgər qoşulma və ötürmə texnologiyası köhnəlirsə, modulu zamanı qabaqlayan əla səs keyfiyyətini təmin edən ən yeni versiya ilə əvəz etmək mümkündür.

5-ci nəsil "Beosound A9"

“Beosound A9” “Bang & Olufsen” brendinin müasir məhsullarına xas zamana tabe olmayan dizaynı ilə xarakterizə olunur. Oyvind Slaato tərəfindən yaradılmış və ilk olaraq 2012-ci ildə bazara çıxarılmış məşhur dəyirmi dizayn indiyədək dizayn sahəsində ən populyar məhsullardan biri olaraq qalmaqdadır. “Beosound A9” yaşayış məkanını zəngin və güclü səslə əhatə etməklə yanaşı, həm də istənilən interyer üslubuna orqanik şəkildə uyğunlaşır.

5-ci nəsil “Beosound A9" 10 il əvvəl ona uğur qazandırmış orijinal funksiyaları və bir sıra yenilənmələri özündə birləşdirir. Bu məhsul qara antrasit, qızılı və təbii alümin kimi yeni və standart rəng çalarları ilə təqdim olunur. Yeni standart əlavələrin arxa örtüyü həm ön qapaqları, həm də palıddan hazırlanmış ayaqları və alümin furnituru orqanik şəkildə tamamlayır ki, bu da dizayna estetik görünüş bəxş edir.

Standart “Beosound A9” əlavəsindən savayı bu məhsulu tam şəkildə öz məkanınızın estetikasına uyğunlaşdıra bilərsiniz.

“Beosound A9” həm estetik cəhətdən cəlbedici, həm də istifadəsi asandır. Əlinizi dinamikin səthinə sürtməklə musiqinin səsini idarə edə, sadə bir toxunuşla mahnıları dəyişə, dayandıra və ya səsləndirə bilərsiniz. “Beosound A9”a “Mozart” proqram modulunun əlavə edilməsi daha yaxşı qoşulma imkanları, uyğunluğu və yeni imkanları sayəsində 5-ci nəslin gələcəyə kökləndiyindən xəbər verir.

3-cü nəsil "Beosound 2"

"Bang & Olufsen" brendinin portfoliosunun əsas elementi olan "Beosound 2" yüksək səviyyəli dizaynın unikal estetikasını və möhtəşəm səslənməni özündə birləşdirən güclü multirum səs sistemidir. 2016-cı ildə buraxılmış, hazırda isə 3-cü nəsil məhsul olan "Beosound 2" yeni nəsil "Bang & Olufsen" səs dünyasına keçid etmişdir.

Artıq "Bang & Olufsen" brendinin sinoniminə çevrilmiş yüksək keyfiyyətli alümindən hazırlanan "Beosound 2"nin forması harada qoyulmağından asılı olmayaraq diqqət cəlb edir.

"Beosound A9"da olduğu kimi "Beosound 2"nin də əsas yeniliklərindən biri "Mozart" proqram modulunun tətbiq edilməsidir ki, bu da xarici görünüşün uzunömürlülüyünü, həmçinin dinamikin istənilən möhtəşəm multirum sistemi ilə yüngül inteqrasiyasını təmin edir.

Klassik “qızılı” və “təbii” çalarlarına yeni “qara antrasit” çaları əlavə olunub. Yeni çalar istifadə rahatlığı üçün daha da yaxşılaşdırılmış istifadəçi interfeysi ilə uzlaşır. Məkanın akustikasının aktiv kompensasiyası funksiyasının əlavə edilməsi o deməkdir ki, “Beosound 2" istənilən məkanda öz yerini müəyyən edə və optimal səs keyfiyyətini təmin etmək üçün səsi lazımi səviyyədə yaya bilir.

Bütün məhsullar yaxın günlərdə satışda olacaqdır. Məhsulları Zərifə Əliyeva 31A ünvanında yerləşən ITALDIZAIN mağazasında əldə edə bilərsiniz.
Tel.: 0125980703
Mob.: (+994 50) 201 92 82

Reklam hüququnda

Paylaş:
420

Son xəbərlər

Məşhur türk serialında Azərbaycanla xəritəsi ilə bağlı səhv düzəldildi - FOTO31 / 05 / 2023, 20:45İçərişəhərdə 31 May Ümumdünya Tütünsüz Günü qeyd edilib31 / 05 / 2023, 17:58Qoruq və muzeylərə əcnəbi vətəndaşlar üçün giriş qiymətləri dəyişib31 / 05 / 2023, 17:54Sahibə Qafarova Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi ilə görüşüb31 / 05 / 2023, 17:47Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib31 / 05 / 2023, 17:40FAO-nun Baş direktoru İlham Əliyevi təbrik edib31 / 05 / 2023, 17:32Dolu düşüb, sel keçib - Faktiki hava açıqlandı31 / 05 / 2023, 17:16Estoniya Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib31 / 05 / 2023, 17:01Şirvanda polisin saxladığı şəxs ölüb31 / 05 / 2023, 16:49Prezident: Azərbaycanın nəhəng bərpaolunan enerji potensialı var31 / 05 / 2023, 16:29ABB Banklararası Şahmat Çempionatının qalibi oldu31 / 05 / 2023, 16:26Xəzər-Avropa Yaşıl Enerji Dəhlizinin yaradılması müzakirə edilib31 / 05 / 2023, 16:21Prezident İlham Əliyev: “Azərbaycan qazına ehtiyac artmaqdadır”31 / 05 / 2023, 16:01“Azərlotereya”nın bir qrup əməkdaşı “Heydər Zirvəsi”nə yürüş edib - VİDEO31 / 05 / 2023, 15:43Azərbaycanda daşınmaz əmlakın elektron qaydada icbari sığortasına başlanılır31 / 05 / 2023, 15:35PAŞA Holding-in dəstəyi ilə şəhid ailələri, qazilər, müharibə iştirakçıları üçün Kiçik və Orta Biznes proqramına start verildi31 / 05 / 2023, 15:30“Report” İnformasiya Agentliyinin kollektivinə ağır itki üz verib31 / 05 / 2023, 15:18Nüsrət Kəsəmənlinin nəvəsi Azərbaycanın ən yaraşıqlı kişisi seçildi - FOTO31 / 05 / 2023, 15:17Azərbaycan və Pakistan investisiyaların təşviqini müzakirə edib31 / 05 / 2023, 14:56Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”31 / 05 / 2023, 14:48
Bütün xəbərlər

Next TV