Bakıda “KİA” aşdı, ölən və yaralananlar var - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda “KİA” aşdı, ölən və yaralananlar var - VİDEO

Qafar Ağayev13:20 - 14 / 03 / 2023
Bakıda “KİA” aşdı, ölən və yaralananlar var - VİDEO

Bakı kənar dairəvi avtomobil yolunda sürətlə idarə olunan "KİA" markalı avtomobil aşıb, qadın ölüb.

1new.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev öz "facebook" hesabında yazıb. .

O bildirib ki, bu gün paytaxtın kənar dairəvi yolunun 4-cü km-də "KİA" markalı, 90-NE-840 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, 1991-ci il təvəllüdlü Seyidov Namiq Mirqasım oğlunun maşını yüksək sürətlə və kobud qayda pozuntuları törədərək idarə etməsi nəticəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəza zamanı sürücü yüngül xəsarət alıb, sərnişini, 1991-ci il təvəllüdlü Səbinə Məhərrəmova isə ölüb.

"Dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, təəssüflər olsun ki, yenə də bəzi sürücülər yüksək sürətin ölümə səbəb olduğunu belə ağır faciələr başlarına gəldikdən sonra anlayırlar", - DYP rəsmisi vurğulayıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
501

Son xəbərlər

Bütün xəbərlər