Bu ay bütün pensiyalar vaxtından əvvəl veriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu ay bütün pensiyalar vaxtından əvvəl veriləcək

14:17 - 14 / 03 / 2023
Bu ay bütün pensiyalar vaxtından əvvəl veriləcək

Əmək və Əhalinin Sosal Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən ölkənin digər bölgələri üzrə mart ayının pensiyalarının, həmçinin qulluq stajına görə əlavələr alan pensiyaçıların pensiyalarının martın 15-də ödənilməsi nəzərdə tutulur.

Bu barədə 1news.az-a nazirlikdən xəbər verilib.

Bildirilib ki, Novruz bayramı ilə əlaqədar mart ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının da qrafikdən əvvəl olmaqla bayram ərəfəsində, yəni martın 17-də tam ödənilməsi planlaşdırılır.

Bu məqsədlə DSMF müvafiq maliyyələşdirmənin təmin edilməsi istiqamətində hazırlıq işləri aparır.

Qeyd edək ki, martın 7-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə mart ayının pensiyaları artıq verilib.

Paylaş:
416

Son xəbərlər

Bütün xəbərlər