Qarabağ Dirçəliş Fondu tərəfindən “LANDAU School”a “İanə sertifikatı” təqdim olunub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qarabağ Dirçəliş Fondu tərəfindən “LANDAU School”a “İanə sertifikatı” təqdim olunub - FOTO

Qafar Ağayev15:47 - 14 / 03 / 2023
Qarabağ Dirçəliş Fondu tərəfindən “LANDAU School”a “İanə sertifikatı” təqdim olunub - FOTO

“LANDAU School” Qarabağ Dirçəliş Fonduna 15 530 manat məbləğində ianə edib.

1news.az xəbər verir ki ianə olunan məbləğ “LANDAU School” Tədris Kompleksində Zəfər Günü ilə əlaqədar “Bake to donate” (“İanə etmək üçün bişirin”) xeyriyyə yarmarkasında şagirdlərin müxtəlif təamların satışını həyata keçirməsi ilə toplanıb.

Fondun fəaliyyətində erməni işğalı nəticəsində Qarabağa dəyən zərər barədə gənclər arasında maarifləndirmə işlərinin aparılması, onların bu istiqamətdə görülən işlərə cəlb olunması xüsusi yer tutur.

Məhz bu baxımdan belə təşəbbüslər olduqca mühüm əhəmiyyət kəsb edir.

Qarabağ Dirçəliş Fondu olaraq bu nəcib addım üçün “LANDAU School” Tədris Kompleksinin rəhbərliyinə, əməyi keçən bütün heyətə və əlbəttə ki, bu missiyanın əsas iştirakçıları olan şagirdlərə təşəkkür edir və səmərəli əməkdaşlığın davamlı olacağına inanırıq.

Qarabağın dirçəlişi kimi mühüm bir missiya ətrafında birləşmək, işğaldan azad edilən ərazilərin bərpası və inkişafı istiqamətində görülən işlərə dəstək olmaq məqsədilə irəli sürülən belə təşəbbüslər həmrəyliyin təzahürüdür.

Qeyd olunmalıdır ki, edilən ianələr işğaldan azad edilən ərazilərin bərpası və yenidənqurulması istiqamətində həyata keçirilən tədbirlərə yönəldilir.

Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağın dirçəlişi, yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə dəstək vermək, bərpa prosesini sürətləndirmək hər birimizin borcu, ümumxalq işidir.

Qarabağı birlikdə daha gözəl bərpa edək!

Paylaş:
447

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər