Könül Nurullayeva VI İslam Həmrəyliyi Oyunları ilə bağlı Dəyərləndirmə Komissiyasının üzvü seçilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Könül Nurullayeva VI İslam Həmrəyliyi Oyunları ilə bağlı Dəyərləndirmə Komissiyasının üzvü seçilib - FOTO

Qafar Ağayev16:10 - 14 / 03 / 2023
Könül Nurullayeva VI İslam Həmrəyliyi Oyunları ilə bağlı Dəyərləndirmə Komissiyasının üzvü seçilib - FOTO

Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin 34-cü iclası və növbədənkənar Baş Assambleyasının sessiyası keçirilib.

1news.az xəbər verir ki, tədbirdə Türkiyənin gənclər və idman naziri Muharrem Kasapoğlu “Konya 2021” V İslam Həmrəyliyi Oyunları ilə bağlı hesabatla MOK nümayəndələri qarşısında çıxış edib. Eyni zamanda İHİF-in Əsasnaməsinə dəyişikliklərin edilməsi ilə əlaqədar bir sıra önəmli məsələlər, həmçinin VI İslam Həmrəyliyi Oyunlarının keçirilməsi qaydaları ilə bağlı ən son yeniliklər müzakirə edilib. cənab Nasser Ayman Macali İslam Həmrəyliyi İdman Federasiyasının yeni baş katibi seçilib.

İclas zamanı 2018-2022-ci illəri əhatə edən maliyyə hesabatları MOK üzvlərinə ətraflı şəkildə təqdim olunub. İslam Əməkdaşlıq Təşkilatının Humanitar, mədəni və sosial məsələlər üzrə baş katibi Tariq Ali Baxit də öz fikirlərini MOK üzvlərinə çatdırıb. Səudiyyə Ərəbistanında 2023-cü ildə Dünya Döyüş Oyunlarının keçirilməsi ilə bağlı Federasiya rəsmiləri tərəfindən təqdimat keçirilib.

Sözügedən qurumun vitse-prezidenti mərhum Əhməd Foulinin ailə üzvlərinə, eyni zamanda sabiq baş katibləri Mohammad Qazdar və Mohammad Alqarnasa təşkilatın fəaliyyətinə verdikləri töhfəyə görə mükafatlar təqdim olunub. Növbəti seçki hesabatı konfransının cari ilin avqust ayında Səudiyyə Ərəbistanının Riyad şəhərində keçirilməsi qərara alınıb.

Nəzərinizə çatdıraq ki, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev Azərbaycan nümayəndə heyətində təmsil olunublar. İHİF İcraiyyə Komitəsinin üzvü Könül Nurullayeva toplantı zamanı növbəti İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmək arzusunda olan ölkələrin hazırlıq səviyyəsini müəyyən etmək üçün yaradılan Dəyərləndirmə Komissiyasının üzvü seçilib. Könül Nurullayeva, həmçinin toplantı çərçivəsində İHİF-in prezidenti Şəhzadə Abdulaziz Bin Turki Al-Faisal Al Saud ilə görüşüb.

Paylaş:
594

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər