Laçın-Xankəndi yolunda əzm nümayişi – “Çıxışa doğru”da müzakirə - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Laçın-Xankəndi yolunda əzm nümayişi – “Çıxışa doğru”da müzakirə - VİDEO

10:23 - 14 / 03 / 2023
Laçın-Xankəndi yolunda əzm nümayişi – “Çıxışa doğru”da müzakirə - VİDEO

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclər və ekoloqlar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası 92 gündür davam edir.

1news.az xəbər verir ki, aksiya iştirakçıları Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması ilə bağlı Azərbaycan, rus və ingilis dillərində mütəmadi olaraq plakatlar qaldırır, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Ekoloji cinayətə son!” və digər şüarlar səsləndirirlər. Aksiya iştirakçıları tələbləri yerinə yetirilməyənədək etirazlarını davam etdirəcəklərini bildirirlər.

"1News"un məlumatına görə, AzTV-nin "Çıxışa doğru" verilişində "Laçın-Xankəndi yolundakı aksiya" mövzusunda müzakirələr aparılıb. Verilişin qonaqları - Turan Rzayev (Qlobal Media və Siyasət Araşdırmaları İB-nin eksperti, politoloq), Xatirə Vəliyeva ("Xankəndi" Məcburi Köçkünlərə Dəstək İB-nin sədri), Toğrul Allahverdili ("Gənclərin təşəbbüsünə və inkişafına dəstək" İB-nin sədri) və Natəvan Dəmirçioğlu (media eksperti) mövzu ilə bağlı maraqlı fikirlər səsləndiriblər.

"Çıxışa doğru" verilişinin bugünkü buraxılışını Azərbaycan Televiziyasının "YouTube" kanalı vasitəsilə tam şəkildə izləyə bilərsiniz

Paylaş:
367

Son xəbərlər

Bütün xəbərlər