“28 Mall”da “Sunglass Hut” brend eynəklər mağazasının açılışı olub - FOTO - VİDEO

Fevral ayında “28 Mall” ticarət-əyləncə mərkəzində “Sunglass Hut” dəbli gün eynəkləri mağazasının rəsmi açılışı baş tutdu.
95 m²-dən çox sahəni əhatə edən mağaza müştərilərə unikal alış-veriş təcrübəsi təqdim edir və beynəlxalq brendlərin müxtəlif dizayna malik günəş eynəklərinin ən geniş seçimini təklif edir.
“Biz Bakıda, çox məşhur bir məkanda yeni mağaza açmaqdan məmnunuq. Yeni mağazamız xüsusi hazırlanan eynəklərin misilsiz alış-veriş təcrübəsi yaratmaq, müştərilərimizə bundan sonra da “Sunglass Hut”ın unikal üslubunu təklif etmək məqsədi daşıyır”, - “Cenomi Group Azerbaijan”ın regional direktoru Zara Decht Hamou bildirib.
Əgər siz eynəklərdən təkcə parlaq gün işığından qorunmaq üçün deyil, həm də dəbli görünüşünüzü tamamlamaq üçün istifadə edirsinizsə, “Sunglass Hut”ın geniş çeşidli məhsulları mütləq ürəyinizcə olacaq, belə ki, mağazada ən son tendensiyalara cavab verən dünyanın ən yaxşı brendlərinin eksklüziv dizayn və üslubları təmsil olunur. Bu isə hər zövqə uyğun eynək seçmək imkanı yaradır. Mağazada “Ray-Ban”, “Burberry”, “Dolce & Gabbana”, “Armani Group”, “Oakley”, “Prada Group”, “Versace”, “Vogue Eyewear” və s. kimi brendlər təmsil olunur.
Yeni açılan mağaza həftəiçi 10:00-dan 22:00-dək, həftəsonları 22:30-a kimi xidmətinizdədir.
Azərbaycanın aparıcı bloger və influenserlərinin iştirak etdiyi Bakıda ilk “Sunglass Hut” mağazasının rəsmi açılış mərasimindən çəkilmiş foto və videoreportajla buradan tanış ola bilərsiniz.
Qeyd edək ki, ilk mağazası 1971-ci ildə Floridada açılmış “Sunglass Hut” hazırda 3000-dən çox mağazası ilə dünyanın aparıcı pərakəndə satış brendidir. “Sunglass Hut”, dünyanın ən böyük optika şirkəti olan İtaliyanın “Luxottica Group”unun tərkibinə daxildir.
“Sunglass Hut” şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi “Cenomi Group Azerbaijan”dır.
Reklam hüququnda