Azərbaycan Prezidentinin təşəbbüslərinin dəstəklənməsi məqsədilə Parlament Dəstək Qrupu yaradılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Prezidentinin təşəbbüslərinin dəstəklənməsi məqsədilə Parlament Dəstək Qrupu yaradılır

Qafar Ağayev13:51 - 15 / 03 / 2023
Azərbaycan Prezidentinin təşəbbüslərinin dəstəklənməsi məqsədilə Parlament Dəstək Qrupu yaradılır

Xəbər verdiyimiz kimi, martın 13-də Bəhreyn Krallığının paytaxtı Manama şəhərində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin ikinci konfransı keçirilib.

Azərbaycan parlamentinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən məlumata görə,Azərbaycan Respublikası Milli Məclisinin və QH Parlament Şəbəkəsinin sədri Sahibə Qafarovanın sədrliyi ilə keçirilən konfransda 20-dən çox ölkənin parlament sədrləri, 60-dan çox heyət olmaqla, ümumilikdə 300-dən artıq nümayəndə iştirak edib.

Konfrans bir sıra mühüm sənədlərin qəbulu ilə yadda qalıb. Konfransın əsas nəticələrindən biri Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri İlham Əliyevin cari ilin mart ayının 2-də Bakıda keçirilmiş Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə irəli sürdüyü təşəbbüslərin dəstəklənməsi məqsədilə Parlament Dəstək Qrupunun yaradılması barədə qərarın qəbul edilməsi olub.

Milli Məclisin təklif etdiyi və üzv parlamentlərin yekdilliklə dəstəklədiyi bu qərara əsasən, Parlament Şəbəkəsi çərçivəsində yaradılacaq Parlament Dəstək Qrupunun əsas məqsədi Prezident İlham Əliyevin Afrika ölkələrinə və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstəklə bağlı Qlobal Çağırışlar və Pandemiyadan sonrakı qlobal bərpa mövzusunda müvafiq tövsiyələrin hazırlanması məqsədilə yüksək səviyyəli BMT panelinin yaradılması barədə qurumun Baş katibinə çağırış təşəbbüslərinin qlobal miqyasda dəstəklənməsi və təşviq olunmasıdır.

Konfransın yekun sənədi kimi qəbul olunmuş Manama Bəyannaməsi isə üzv parlamentlərin müasir dövrün çağırışları və əməkdaşlıq imkanlarına, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin hazırkı və gələcək fəaliyyət prioritetlərinə dair vahid mövqeyini əks etdirir.

Tədbirdə, həmçinin "Qoşulmama Hərəkatı Parlament Şəbəkəsində beynəlxalq parlament təşkilatlarına müşahidəçi statusunun verilməsi haqqında" qərar qəbul olunub. Bu qərarla İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Parlament İttifaqı, İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası, Beynəlxalq Parlamentarilər Konqresi və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasına Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi yanında müşahidəçi statusu verilib. Digər beynəlxalq parlament təşkilatlarının Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə əməkdaşlığa olan marağı Parlament Şəbəkəsinin beynəlxalq parlament diplomatiyasında rolunun güclənməkdə olduğunu göstərir.

Konfransda Parlament Şəbəkəsinin iş qaydalarına bir sıra dəyişikliklərə dair qərar da qəbul edilib ki, bu da Şəbəkənin daha çevik və daha effektiv fəaliyyətinin təmin olunması məqsədi daşıyır.

Paylaş:
537

Son xəbərlər

Polad Bülbüloğlu Lavrovun müavini Mixail Qaluzinlə görüşmüşdür31 / 03 / 2023, 19:53Gələn həftənin ilk gününə olan USD/AZN rəsmi məzənnəsini açıqlanıb31 / 03 / 2023, 17:47Aprelin 9-da IX siniflər üçün buraxılış imtahanı keçiriləcək31 / 03 / 2023, 17:32Ağdam sakini Bərdədə meşə ərazisini qanunsuz şumlayıb31 / 03 / 2023, 17:23Beyləqanda rüşvətə görə yaxalanan məmurların işi məhkəməyə göndərilib31 / 03 / 2023, 17:12Bu avtobusun hərəkət istiqaməti dəyişdirilir31 / 03 / 2023, 16:54Azərbaycanda daha 64 nəfər koronavirusa yoluxub, 467 vaksin vurulub31 / 03 / 2023, 16:41XİN: Fazil Mustafaya qarşı terror aktının istintaqının ilkin izləri İrana dəlalət edir31 / 03 / 2023, 16:13Ayxan Hacızadə: İran-Ermənistan qardaşlığı bütövlükdə region üçün təhlükə olaraq qalmaqdadır31 / 03 / 2023, 16:00Ayxan Hacızadə İran XİN-in sözçüsünə cavab verib: İran tərəfinin bu təhdidləri Azərbaycanı heç zaman qorxuda bilməz31 / 03 / 2023, 15:48“Ağyoxuş-1” qızıl yatağı yaxınlığında növbəti ağacəkmə aksiyası keçirilib - FOTO31 / 03 / 2023, 15:35Bakı metrosuna sərnişin xlor dağıtdı31 / 03 / 2023, 15:2831 mart hadisələri – bəşəriyyət tarixinin unudulmaz faciəsi31 / 03 / 2023, 15:19“Toyota Prius”: bilmədiyimiz özəllikləri - təhlükəsizlik və rahatlıq - VİDEO31 / 03 / 2023, 15:15Sabahdan müharibə veteranı və şəhid ailələri üçün yeni “Çağrı Mərkəzi” fəaliyyətə başlayır31 / 03 / 2023, 15:09Azərbaycan ilə Çex Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr aparılıb31 / 03 / 2023, 15:06Aprel ayına olan hava proqnozu açıqlanıb31 / 03 / 2023, 15:03Autizmin ilkin simptomlarına nələr daxildir? - Psixiatr Aydan Cabbarovadan CAVAB31 / 03 / 2023, 15:00Qərbi Azərbaycan İcması 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb31 / 03 / 2023, 14:47Mərkəzi Bank standart məlumatlandırma forması təsdiq edəcək31 / 03 / 2023, 14:28
Bütün xəbərlər

Next TV